hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Məhəmməd Əsədullazadə: “Sərt karantin tədbirlərini yumşaltmaq lazımdır”

Məhəmməd Əsədullazadə: “Sərt karantin tədbirlərini yumşaltmaq lazımdır”

“Ölkədə koronavirus epidemiyasına qarşı mübarizədə sərt karantin tədbirlərini yumşaltmaq lazımdır”.

Cebhe. info-nun xəbərinə görə, bu barədə AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə bildirib:

“Vətəndaşlar artıq təhlükənin real olduğunu görüb, qaydalara əməl edəcək. Bundan sonra yoluxmalarda azalma olacaq. Vətəndaşın üzərinə getdikcə, bunun oyun olduğunu düşünür və epidemioloji qaydalara əməl etmir. Qapalı yerlərdə ciddi qaydalar tətbiq edilsin. Dövlət üzərinə düşdüyü öhdəlikləri, tibbi maska, apteklərdə dərmanın əlçatan olmasını təmin etməlidir. Hazırda apteklərdə tibbi spirt və maskalar var. Dərmanlarla bağlı problemlərin olduğu qeyd edilir. Bu qədər polis və daxili qoşunun hərbçiləri, həkimlər ayaq üstədir, amma vətəndaş inanmır. Maarifləndirmə verlişləri televiziyalarda geniş şəkildə olmalıdır. Televiziya kanallarında zövqsüz əyləncə, musiqili şou proqramlarının əvəzinə COVID-19-la bağlı verlişlər hazırlanmalıdır, vətəndaş cəmiyyətinin hörmətli şəxsləri danışmalıdır. Xalqın hörmət etmədiyi şəxsləri efirə çıxarıb “korona”dan danışdıranda, əlbəttə ki, vətəndaş inanmayacaq və alay edəcək”.

Xatirə
Cebhe. info


Oxunma sayı: 7195