hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Maştağada niyə hər gün qaz kəsilir?

Maştağada niyə hər gün qaz kəsilir?

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan əhali bir aya yaxındır ki, qaz problemindən əziyyət çəkir.

Bununla bağlı “Qafqazinfo”ya şikayət edən sakinlər bildirir ki, artıq 4 həftədir qəsəbədə hər səhər təbii qazın verilişi dayandırılır. Heç bir xəbərdarlıq edilmədən qazın kəsildiyini bildirən vətəndaşlar onun axşam 6-dan sonra bərpa edildiyini qeyd edirlər.

“Azəriqaz”ın qaynar xəttinə dəfələrlə müraciət etdiklərini bildirən sakinlər eyni cavabı aldıqlarını deyirlər: "Bir aya yaxındır əhali əziyyət çəkir. Standart cavab veriblər ki, “sayğac yenilənir”. İzahat verilmir ki, bu vəziyyət nə vaxtadək davam edəcək”.

Şikayətlərə cavab olaraq “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidməti qəsəbədə qaz kəsintisi ilə bağlı məlumatları təsdiqləyib. Bildirilib ki, hazırda qəsəbədə qaz şəbəkəsinin yaxşılaşdırılması və sayğacların əvəzlənməsi üzrə iş aparılır və dayandırmalar da bu səbəbdən yaranıb:

“Sabunçu rayonunun Maştağa qəsəbəsində qaz şəbəkəsinin yaxşılaşdırılması üçün mövcud kəmərlərə baxılır, pərakəndə çəkilmiş xətlər vahid xəttin üzərinə köçürülür. Bəzi sızmalar aşkarlanıb ki, onların aradan qaldırılması üçün bu prosesdə bizimlə yaxından əməkdaşlıq edən “Təmiz qaz” QSC əməkdaşları ilə birlikdə çalışırıq. Gündəlik, ayrı-ayrı saatlarda qısa müddətli dayandırmalar da bununla bağlıdır. Hesab edirik ki, bura səfərbər olunan işçilərin işlərinin nəticəsi o olacaq ki, tez bir zamanda bu proses yekunlaşdırılacaq və may ayı ərzində bu hallarla çox seyrək vəziyyətdə rastlaşacaqlar. Mayın ortalarından sonra isə belə dayandırmalar ümumiyyətlə, olmayacaq”.

Cebhe.info


Oxunma sayı: 1167