hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Marketlər pulsuz maska paylasa: “Xərci müştəridən çıxaracaqlar” - İQTİSADÇI

Marketlər pulsuz maska paylasa: “Xərci müştəridən çıxaracaqlar” - İQTİSADÇI

Ölkədə tətbiq olunan sərt karantin rejminin davam etməsi ilə əlaqədar artıq marketlər də vətəndaşları maska olmadan içəri qəbul etmirlər.

Məlum məsələdir ki, bu da müəyyən sayda müştərinin itirilməsinə səbəb olur.

Bunun qarşısını almaq üçün marketlər müştəriyə pulsuz maska təklif edə bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, marketlər insanlara pulsuz maska paylasa, artıq xərcləri qiymətlərinin üzərinə gələr:

"Nəzərə alsaq ki, heç bir market sahibi və iş adamı əlavə xərcləri cibindən ödəməyəcək, bu zaman həmin maskanın maliyyəsi nə qədərdisə, hər hansı bir malın qiymətinin üzərinə müəyyən məbləğ pul qoymaqla satacaqlar. Bu zaman yenə dolayı yolla maska almaq vətəndaşların üzərinə qalacaq. Bu qərarın arxasında dövlət tərəfindən addımların atılmasına ehtiyac var. Çünki hökümət nəyisə qadağa və ya tətbiq edirsə, insanlara dəyə biləcək zərəri də hesablamağı bacarmalıdır. Məsələn, maska rejiminin mütləq olduğu Avropa ölkələrinin əksəriyyətində polis orqanları, QHT-lər, bələdiyyə üzvləri insanlara pulsuz maska paylayır. Pandemiyadan öncə ,Azərbaycana Çindən gətirilərək apteklərdə satılan maskalar 10 qəpik idisə, indi Sumqayıtda istehsal olunan maskalar 2-3 qat artıq qiymətə satılır. Bunun özündə də bir məntiqsizlik var".

Nargilə
Cebhe.info


Oxunma sayı: 1288