hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Makron niyə geri addım atdı? - ŞƏRH

Makron niyə geri addım atdı? - ŞƏRH

“Fransa Prezidenti Emmanuel Makron geri addım ataraq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qeyd etdi.

Bu, həm də Fransa Senatında Qarabağın müstəqilliyini tanınması üçün irəli sürülən qətnamənin üzərindən xətt çəkir. Rusiya Prezidenti Putin də Qarabağın Azərbaycanın suverenliyinə daxil olduğunu vurğulamışdı”.

Cebhe.info xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O qeyd edib ki, Putinin Makronla danışıqları Parisin mövqeyində dəyişiklik edib:

“Çünki Fransanın tutduğu mövqe Rusiyanın regionda fəaliyyətini təhdid edirdi. Xüsusilə Qarabağın müstəqilliyini tanınması barədə sənəd ciddi qalmaqala yol aça bilər.

Fransa Prezidenti bu açıqlama ilə manevr edərək Minsk qrupunun fəaliyyətində maraqlı ola bilər. Bunula Paris danışıqlarların başlaması və Xankəndində yenidən qondarma qurumun fəaliyyəti üçün siyasi rəng verməyə çalışması istisna olunmur”.

Alçina Amilqı
Cebhe.info


Oxunma sayı: 3191

Bizim Telegram səhifəmizi izləyin