hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Müsəlmanlara görə hökumətə QADAĞA: Məmur ailələrinə də viza verilməyəcək

Müsəlmanlara görə hökumətə QADAĞA: Məmur ailələrinə də viza verilməyəcək

ABŞ uyğurların və digər milli azlıqların hüquqlarının pozulmasında cavabdeh və iştirakçı olan Çin məmurlarına viza verilməsinə qadağa qoyub. 

Cebhe.info xəbər verir ki, qadağa uyğurlarla yanaşı qazaxlar və digər müsəlman azlıqların nümayəndələrinə qarşı ayrı-seçkiliyə imkan yaradan hökumət və Kommunist Partiyası üzvlərinə tətbiq olunacaq. 

Bu barədə dövlət katibi Maykl Pompeo məlumat verib.

Məhdudiyyət həmçinin məmurların ailələrinə də tətbiq oluna bilər. Pompeo Çini repressiyalara son qoymağa çağırıb, xaricə köçməyə məcbur olan milli azlıq nümayəndələrinin ailərinin Çində təqib edilməsindən, onların özünün ölkəyə qayıdacağı təqdirdə cəzalandırılmasından yayınmağa, həbs olunanları azad etməyə çağırıb.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Çin ilk dəfə ölkədə uyğurlar üçün düşərgələrin olduğunu təsdiqləyən sənədləri yayıb. Bu düşərgələrin sayı Çinin Uyğur bölgəsində son 1 ildə iki dəfə artıb. 

Mətbuatda bu barədə mütəmadi yazılardan sonra Çin düşərgədə saxlanılanları evlərinə zəng edərək azad edildikləri barədə yalanlar söyləməyə vadar edir. Bəzi məhbuslar isə ev həbsinə buraxılır. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1156