hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Müharibə buradan başlayacaq: Rusiya qonşularını bu 3 ərazidən vuracaq - HESABAT

Müharibə buradan başlayacaq: Rusiya qonşularını bu 3 ərazidən vuracaq - HESABAT

Rusiya və NATO, eləcə də ABŞ arasında müharibə ehtimalı ilə bağlı müxtəlif araşdırmalar təqdim olunur. 

Cebhe.info xəbər verir ki, budəfəki araşdırma “Research AND Development (RAND)" Tədqiqat Mərkəzi tərəfindən aparılıb. Hesabatda vurğulanır ki, Rusiya Silahlı Qüvvələri quru qoşunlarının operativ reaksiya bacarığı, hava əleyhinə müdafiə sistemi, strateji uzaqlığa nüvə və qeyri-nüvə zərbələri ilə bağlı böyük imkanlara malikdir.

Hesabatda o da bildirilir ki, Rusiya tərəfi Silahlı Qüvvələrin modernləşdirilməsinə diqqət yetirilir. Moskva Krım, Kalininqrad və Kurildə olduqca yaxşı qorunan müdafiə sistemi yaradıb. Məhz bu ərazilər ilk zərbəni qəbul edəcək bölgələr kim qeyd olunur. Həmçinin, Moskva məhz bu ərazilərdən qonşuları təhdid altında saxlamaq üçün istifadə edir.

Xatırladaq ki, təşkilat bundan əvvəl də Rusiyanın quruda müharibə aparmaq üçün hərtərəfli imkana malik oluğuna dair hesabat hazırlamışdı. 

Xəzər
Cebhe.info

 


Oxunma sayı: 8460