hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lukaşenko prezidentlikdən doyduğunu BİLDİRDİ

Lukaşenko prezidentlikdən doyduğunu BİLDİRDİ

“Ukraynalılar və ruslar təhlükəsiz və sakit ölkədə yaşadıqları üçün belaruslara paxıllıq edirlər”.

Unikal.org xəbər verir ki, belə bir bəyanatla ölkə rəhbəri Aleksandr Lukaşenko Belarusun Müstəqillik Gününə həsr olunmuş təntənəli müşavirədə çıxış edib.

“Əksəriyyətiniz kimi, mən də həyatımın ən gözəl illərini bu ölkəninin tikilməsinə həsr etmişəm. Necə bacarırdıqsa, necə bacarırdımsa, eləcə də tikdik. Heç də başqalarından pis alınmadı. Əsas odur ki, biz müharibələrdən uzaq dura bildik, körpəsi olan hər kəsin sutkanın istənilən vaxtı küçəyə çıxa biləcəyi sakit, təhlükəsiz ölkədə yaşayırıq. Bizə qardaş ruslar və ukraynalılar da paxııllıq edirlər”, - deyə Belarus lideri bildirib.

Lukaşenko prezidentlik kampaniyasında iştirakından danışarkən qeyd edib ki, bu kreslodan ikiəlli yapışmayıb.

“Artıq kifayət qədər işləmişəm, artıq prezidentlikdən doymuşam”, - deyə o əlavə edib.

Cebhe.info


Oxunma sayı: 793