hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Liviya müharibəsi Rusiyanın əlindən necə çıxdı? – ŞƏRH

Liviya müharibəsi Rusiyanın əlindən necə çıxdı? – ŞƏRH

Suriyadakı uzun müharibədən sonra Rusiyanın Liviya üçün oxşar bir ssenarini işə salmayacağını bildirən "Clingendael" İnstitutunun Liviya üzrə mütəxəssisi Jalel Harchaoui “Liviyada bu məntiqi tətbiq etmək istəməyəcəklər. Döyüşlər uzun və bahalı bir şeydir.

Bu strategiyanı Liviyada həyata keçirmək istəyən uğur qazana bilməz”, - deyə bildirib.

Cebhe.info xəbər verir ki, Türkiyənin Liviyanın qanuni hökumətinə hərbi dəstəyindən sonra Tripolidə müharibənin gedişatı tamamilə dəyişdi.

Liviya ordusu Tripolinin qərb sahillərini və strateji Vətiyyə hərbi bazasını ələ keçirərkən, Həftərə xidmət edən 2 mindən çox rus muzdlu əsgəri şəhərin cənub-qərbindən geri çəkilməli oldu.

Rusiya əsgərlərinin və döyüş təyyarələrinin Liviyanın mərkəzində yerləşən Cufra hava bazasına yerləşdirilməsi, "Moskvanın Liviya strategiyası dəyişirmi?" sualını özü ilə gətirdi.

Ekspertlərin fikrincə, Suriyada uzun və bahalı bir müharibə yaşayan Rusiya, Liviyada da oxşar vəziyyət yaşamaq istəmir və Birləşmiş Ərəb Əmirlikləri “Vaqner”in paytaxtın cənubundakı boşluğunu doldurmağa çalışır.

Liviya ordusunun Tripolinin qərb sahillərini işğalçı Həftərdən təmizlədikdən sonra Vətiyyə hərbi bazasını ələ keçirməsi müharibənin taleyini dəyişdirən bir inkişaf idi. Belə ki, PUA-ların geniş istifadə olunduğu əməliyyat bütün dünyada geniş əks-səda doğurdu, qısa müddətdən sonra rus muzdlular Tripolinin cənubundan geri çəkilmək qərarına gəldilər.

Liviya üçün Moskva ilə Suriya arasında ciddi strateji fərqlərin olduğunu söyləyən "Clingendael" İnstitutunun Liviya üzrə mütəxəssisi Jalel Harchaoui bunları deyib:

“Rusları Suriyada yaxından gördük və olduqca real bir şəkildə hərəkət etdik. Bəşər Əsədin yerini itirməsini ruslar üçün təsəvvür etmək olmazdı. Bu isti dənizlərə yeganə giriş nöqtəsi olan Tartus dəniz bazasını itirmək demək olardı. Buna görə rejim yaşamalı idi".

Ekspert əlavə edib ki, “Liviya Rusiya üçün ən uzaq bir bölgə idi və bu, hər şeydən əvvəl Tripolidə döyüşmək qərarına gəlsəydilər çox qan töküb ciddi bir qarşıdurmaya girəcəkləri demək idi.

Bu həm də ABŞ və Avropa kimi ölkələrlə böhranlı vəziyyət yaşamaq deməkdir".

Moskvanın Dəməşqdəki kimi Liviyadakı hər şeyə nəzarət edə bilmədiyini xatırladan Harchaoui, "Birləşmiş Ərəb Əmirlikləri kimi Həftəri dəstəkləyən aktyorlar var. Ruslar Həftərə tam nəzarət edə bilmirlər. Eyni zamanda Moskva Birləşmiş Ərəb Əmirliklərinə heç nə diktə edə bilməz. Çox şey yolunda getməyə bilər", - deyə vurğulayıb.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2047