hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Xüsusi komissiya yaradılmalı idi...” - İqtisadçı su problemindən yazdı

“Xüsusi komissiya yaradılmalı idi...” - İqtisadçı su problemindən yazdı

“Deyək ki, epidemiya qəfil gəldi, axı su problemi qarşımıza qəfil çıxmayıb. Neçə illərdir dünyada su qıtlığının, quraqlığının yaranacağı barədə qlobal miqyasda araşdırmalar, xəbərdarlıqlar yayılır. Hətta Azərbaycanın adı da problemlə üzləşəcək ölkələr sırasında olub”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, ən azından son ildə ortaya Azərbaycan da bu təhdidə qarşı strateji baxışı ortaya qoyan bir sənəd qoyulmalı idi:

“Sənəddə problemin özünü necə göstərəcəyi, bizə hansı risklər yaradacağı, onları önləmək üşün qısa, orta və uzun müddət hansı mümkün addımların atıla biləcəyi təfsilatlı əks olunmalı idi. Problemlə məşğul ola peşəkarlardan ibarət ixtisaslaşmış bir araşdırma komissiyası qurulmalı idi”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 8790