hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Turizm yeni şərtlərlə bərpa ediləcək” - Kənan Quluzadə

“Turizm yeni şərtlərlə bərpa ediləcək” - Kənan Quluzadə

Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyi brendinq, reklam və kommunikasiya, təbliğat xarakterli tədbirlərin keçirilməsi xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Max Print” MMC-dir. Həmçinin qalib şirkətə 6,5 milyon manat ödəniləcəyi ilə bağlı məlumat verilib.

Maraqlıdır, ölkəmizdə turizm məkanlarını tanıdan hansı şirkətlər var? Televizia kanalları ilə bu istiqamətdə əməkdaşlıq qurulubmu?

Bununla bağlı olaraq Cebhe.info-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, tanıtımı turizm məkanlarının özləri də hazırlayır, çəkilişlər aparır:

"Turizm agentlikləri, otellər və başqa məkanlar özləri mütəmadi olaraq, bununla bağlı olaraq, çəkilişlər aparır. Bundan əlavə, Azərbaycan Turizm Bürosunun xətti ilə Azərbaycanın marketinq siyasətinə uyğun olaraq, ölkənin tanıtım çarxı hazırlanıb. Bu çarx Azərbaycanın brendiyi ilə bağlı olaraq, dünyada nümayiş etdirilib. Turizm Bürosunun xətti ilə yayılan məlumatlar ötən il ərzində 3 milyard insana çatıb".

O, televiziya kanallarının da tanıtımda kənar qalmadığını söyləyib:

Postpandemiya dövrü bitəndə turizmlə bağlı bizim həm yerli, həm də xarici siyasətimizdə dəyişiliklər olacaq. Çünki turizm yeni şərtlərlə bərpa ediləcək. Bunun üçün yeni çarxlar hazırlanacaq. Azərbaycanın tanıtımının aparılması daha çox "digital" üsullarla baş tutacaq. Bundan əlavə, daxili turizmin inkişafı istiqamətində də bu cür çarxlar hazırlanır. Məsələn, bu günlərdə də belə bir çarx çəkilib, sadəcə biz gözləyirik ki, qərar verilsin, daxili turizm bərpa olunmağa başlasın. Ondan sonra geniş reklam kampaniyası keçiriləcək, Azərbaycanın daxili turizmin inkişafını açan tanıtımlar baş tutacaq. Bu kampaniyalar isə yerli telekanallarda, radiolarda, sosial şəbəkələrdə də aparılacaq. Hətta nəzərdə tutulub ki, bilbordlarda da bu nümayiş etdirilsin. Eyni zamanda marketlərdə, ictimai yerlərdə, müxtəlif məkanlarda bunun təbliği gedəcək. Bunu həm özəl, həm də dövlət sektoru edir. Bu marketinqin bir hissəsidir. Əlbəttə ki, tanıtımlar olmalıdır. Azərbaycanın turizm brendi keçən il 19 beynəlxalq mükafat qazanıb. Sərgilərdə, beynəlxalq festivallarda bütün bunlar çəkilib, göstərilib. Bununla bağlı info turlar təşkil olunurdu. Dünya kanalları, beynəlxalq kanallar, bloggerlər mütəmadi Azərbaycana gətirilir, işlər çəkilirdi. Hazırda koronavirus səbəbilə bu işlər dayandırılıb".

Naibə
Cebhe.info


Oxunma sayı: 1167