hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Təcili olaraq...” - Deputat Razi Nurullayevdən virusla mübarizə ilə bağlı MÜHÜM TƏKLİF

“Təcili olaraq...” - Deputat Razi Nurullayevdən virusla mübarizə ilə bağlı MÜHÜM TƏKLİF

“Operativ Qərargahın tərkibinə baxdım və bildim ki, qərar verənlər kimdir. Hamısı bizim hörmətli dövlət nazirlərimiz, hökumətin hörmətli digər üzvləri. Üç nəfərdən başqa da heç kimin nə tibbə aidiyyatı var, nə də virusa. Qərarlar da belə olmalı idi. Hələ yaxşı ki, daha pis günə düşməmişik”.

Cebhe.info xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Milli Məclisin üzvü Razi Nurullayev deyib.

Millət vəkilinin sözlərinə görə, bu tərkib verilən tapşırıqların, hökumətin göstərişlərinin, Prezidentin qərarlarının vətəndaşlar tərəfindən icra edilməsinə nəzarət edənlərdir və pis-yaxşı da edir:

Amma, o tərkibdə olanlar xəstəlik və virusla, onun müalicəsi ilə, yayılmasının qarşısının alınması ilə bağlı düzgün qərar verə bilməzlər. Virusun müalicəsi, yayılmasının qarşısının alınması, vətəndaş davranışı və onlara tətbiq olunacaq məhdudiyyətlərin siyahısını başqa qurum hazırlamalı və Operativ Qəragaha təsdiq üçün təqdim etməli və iki qurumun iştirakı ilə qərarlar müəyyən edilməlidir.

Qoy siyasətçilər siyasət ilə, həkimlər də virusla məşğul olsun. Bu qədər bəsitdir hər şey!

Baş infeksionist Cəlal İsayev ancaq mətbuatla işləyir, sözünü orada deyir, belə çıxır ki, onu dinləyən, ondan məsləhət istəyən yoxdur, baş epidemioloq İbadulla Ağayev gedib oturub bir ucqar kənddə, heç televizoru və interneti də yoxdur. Onda günah varmı? Xeyr, çünki, ona deyən var ki, ay İbadulla müəllim, baş epidemiloqsan, gəl, məsləhət ver, yol göstər”.

Razi Nurulayev koronavirusla mübarizə ilə bağlı təkliflərini verib:

“Mən hökumətə səslənirəm: təcili olaraq həkimlərdən, epidemioloq, infeksionist və mütəxəssislərdən ibarət yeni bir tərkibin yaradılmasına ehtiyac var, məsuliyyəti onların üzərinə qoyun. İnanıram ki, onlar park və bulvarları bağlayıb, insanları evə qapatmaz və insanlar da evlərdə kütləviliklə toplaşıb bir-birini yoluxdurmazdılar. Onların verdiyi tövsiyyələr insanların iki saatlıq maskaları həftələrlə geyinib sadəcə görüntü yaratmağa səbəb olmazdı. Hərəkət zamanıdır”.

Aydın
Cebhe.info


Oxunma sayı: 8790