hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Səsvermə başqa günə keçirilməyəcək” - MSK

“Səsvermə başqa günə keçirilməyəcək” - MSK

Kremldə sentyabr ayına planlaşdırılan vahid səsvermənin başqa tarixə keçirilməsi müzakirə olunmur.

Cebhe.info xəbər verir ki, Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov bu barədə heç nə bilmədiyini deyib. Aprel ayında Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Maya Qrişina da vahid səsvermə gününün başqa tarixə keçrilməsi məsələsinin müzakirə edilmədiyini bildirmişdi. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin referendumda səsvermə qaydalarına dair qanunvericiliyə dəyişikliyi imzalayıb.

Dəyişiklik pandemiya dövründəki vəziyyəti nəzərdə tutaraq hazırlanıb. Sənəd səsvermənin distant formada keçirilməsinə dair eksperimentin uzadılmasını nəzərdə tutur. Bura internet və ya poçtla səsvermə daxildir. Beləliklə, 13 sentyabrda – vahid seçki günündə rusiyalılar təkcə seçki məntəqələrində yox, həm də internetdə səs vermək imkanına malik olacaqlar.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 793