hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“Separatçılar birgə hərəkət edirlər” – RƏY

“Separatçılar birgə hərəkət edirlər” – RƏY

“Bölgədəki separatçılar bir-birləri ilə sıx təmasdadırlar. Onlar özləri üçün bəzi vacib qərarları da birgə verməyə çalışırlar”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, separatçıların bir-birlərinə dəstək verməkdə məqsədi onlara qarşı mümkün təzyiqləri kollektiv şəkildə neytrallaşdırılmasını təmin etməkdir:

“Məsələn, Dağlıq Qarabağdakı “bələdiyyə” seçkisi Abxaziyadakı “prezident seçkisinin ikinci turu” ilə eyni gündə - 8 sentyabrda baş verib. Doğrudur, deyilə bilər ki, Abxaziyada “seçkinin” birinci turu daha erkən tarixdə keçirilib. Ancaq Abxaziyada siyasi qüvvələr arasındakı mübarizədən çıxış edərək “ikinci turun” olacağı ehtimalı yüksək idi. 

“İkinci turun” tarixi isə əvvəlcədən müəyyənləşmişdi. Keçmiş illərdə də separatçı bölgələrdə “seçkilər” eyni günə “təsadüf” edirdi. Bu müxtəlif mərkəzlərlə müzakirəsi aparılmış və planlaşdırılmış siyasətdir.

Bu separatçılara nə üçün vacibdir?

Azərbaycan XİN Dağlıq Qarabağdakı, Gürcüstan XİN isə Abxaziyadakı “seçkini” pisləyən bəyanat yaydılar. Ancaq məsələ burasındadır ki, Abxaziyadakı “seçki” Rusiyanın himayəsi altına keçirilir və Tiflisin bəyanatı heç nəyə təsir etmir. Erməni separatçıları da hiyləgər siyasət yürüdərək eyni tarixdə “seçki” keçirərək bu yolla heç nəyi həll etməyən Azərbaycan XİN-nin bəyanatını beynəlxalq aləmdə təsir gücünü azaldırlar. Əgər Rusiya özünə birbaşa bağlı olan separatçı bölgədə keçirilən “seçkini” dəstəkləyirsə, bir başqa separatçı bölgədə keçirilən “seçkini” pisləməyəcək, əksinə buna açıq reaksiya bildirmədən normal münasibət bəsləyəcək. Erməni separatçıları üçün də əsas olan Rusiyanın davamlı dəstəyidir. Dağlıq Qarabağ separatçıları onlarla Abxaziya separatçıları arasında heç bir fərqin olmadığını ətraf aləmə aşılamağa çalışırlar”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 661