hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“Rusiyanın bölgədə artan hərbi rolu barədə ciddi düşünməliyik” – Politoloq

“Rusiyanın bölgədə artan hərbi rolu barədə ciddi düşünməliyik” – Politoloq

Rusiya sülhməramlılarının komandirlərindən birinin bölgədə olan “Kommersant” qəzetinin əməkdaşına verdiyi müsahibə ciddi müzakirə mövzusu olub.

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu müsahibə ilə bağlı şərh verib.

Politoloq deyib ki, əslində komandir müsahibə üçün icazənin gərəkliyini bildirsə də, jurnalistə ürəyindəkilərini boşaldıb.

“Birincisi deyib ki, rusiyalı sülhməramlıların məqsədi bölgədə xristianları (oxu: erməniləri) və xristian abidələri qorumaqdır. İkincisi vurğulayıb ki, neytral qalsalar da, simpatiyaları ermənilərin tərəfindədir. Rus komandir düşüncələrini gizlətməyib.

1990-ci illərin sonlarınadək Dağlıq Qarabağda mövcud olan SSRİ hərbi bazasının komandir heyəti də bu düşüncə ilə erməni separatçılarını silahlandırmışdı. Sonuncu rayonumuz Laçın dekabrın 1-də işğaldan azad olunandan və Türkiyə hərbçiləri bölgədə yerləşəndən sonra Rusiyanın bölgədə artan hərbi rolunun çərçivəyə salınması barədə ciddi düşünməliyik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2014

Bizim Telegram səhifəmizi izləyin