hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

“Qazprom” birinci yarımili zərərlə başa vurub

“Qazprom” birinci yarımili zərərlə başa vurub

Rusiyanın ən böyük təbii qaz şirkəti olan "Qazprom" bu ilin birinci yarısında 277 milyard rubl (təxminən 3,8 milyard dollar) zərər edib.

Cebhe.info xəbər verir ki, "Qazprom"un açıqlamasında şirkətin gəlirlərinin bu ilin ilk yarısında 2019 ilə müqayisədə 26 faiz azalaraq 1,8 trilyon rubla (təxminən 25 milyard dollar) düşdüyü bildirilib.

Şirkətin Türkiyəyə təbii qaz ixracı yüzdə 42 faiz azalma ilə 4.7 milyard kubmetr gerilədiyi vurğulanıb.

Açıqlamada şirkətin Avropaya təbii qaz ixracının ilin ilk 6 ayında 18 faiz azalaraq 78,9 milyard kubmetrə düşdüyü, Çinə isə 2019-cu ilin dekabr ayında fəaliyyətə başlayan Sibir Elektrik Kəməri ilə 1,6 milyard kubmetr təbii qaz ixrac etdiyi vurğulanıb.

Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, “Qazprom”un min kubmetr təbii qazın ixrac qiyməti maya nisbətdə iyun ayında 13 faiz azalaraq 82 dollar olub. Analitiklər, şirkətin təbii qaz ixracatından qazanc əldə etməsi üçün min kubmetr təbii qazın qiymətinin 90-100 dollar aralığında satılmasına ehtiyac olduğunu qeyd ediblər.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3664

Bizim Telegram səhifəmizi izləyin