hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Neftin bahalaşması bizə əlavə dəstək ola bilər” - İqtisadçı

“Neftin bahalaşması bizə əlavə dəstək ola bilər” - İqtisadçı

“Son bir həftədə pandemiyanın yenidən baş qaldırması və Liviyada hasilatın artması fonunda dünya bazarlarında neftin ucuzlaşması müşahidə edilir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O qeyd edib ki, artıq “Brent” markalı neft 38 dollara yaxınlaşır:

“İlk dəfədir ki, neftin ucuzlaşmasını qətiyyən istəmirəm. Müharibə aparan ölkə üçün əlavə pul hava-su kimi lazımdır. Üstəgəl azad olunmuş ərazilərin həyata qaytarılması üçün böyük pullara ehtiyac var. Burada əsas mənbə rolunu şübhəsiz ki, Neft Fondu oynayacaq. Beynəlxalq maliyyə institutlarının kreditləri də öz töhfəsini verəcək. Ancaq neftin bahalaşması borc yükümüzü azaltmaqla bizə əlavə dəstək ola bilər”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1541

Bizim Telegram səhifəmizi izləyin