hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“NATO Ukraynanın arxasında deyil, yanında olmalıdır” – RƏY

“NATO Ukraynanın arxasında deyil, yanında olmalıdır” – RƏY

“Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələri qarşısında məsələni qəti qoyub: “Ukraynanı NATO-ya üzv qəbul edin!”

Cebhe.info xəbər verir ki, bu açıqlamanı siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edərək bildirib ki, Zelenskinin fikrincə, NATO Ukraynanın arxasında deyil, yanında olmalıdır:

“Zelenski haqlıdır! Ukraynanı illərdir NATO-nun qapısında gözlətdirirlər. Rusiya da bundan istifadə edərək Ukraynaya hərbi təzyiqi artırır. Zelenskinin qətiyyətli mövqeyi ilk bəhrəsini verib. ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının verilməsinə dəstək göstərib. Bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak Kiyevdə prezident Vladimir Zelenski ilə ABŞ dövlət katibi Entoni Blinken arasındakı görüşdən sonra bildirib. İndi qalır Fransa və Almaniyanı inandırmaq”.

Politoloq deyir ki, Paris və Berlin ikili oynayır, sözdə Ukraynaya dəstək ifadə edir, əməldə isə bu ölkənin NATO-ya üzvlüyünü illərdir əngəlləyir və bununla Rusiyanın aqressiv siyasətinə imkan yaradırlar. Odur ki, Amerikadan Paris və Berlini yola gətirmək tələb olunur.

Cebhe.info


Oxunma sayı: 4236