hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

“İranın İraq üzərində təsiri artır” – ŞƏRH

“İranın İraq üzərində təsiri artır” – ŞƏRH

“Yaxın Şərqin qaynayan yarası olan İraq yenidən daxili etirazlar burulğanına məruz qalıb. Əhali korrupsiya, çətin sosial vəziyyətdən, həmçinin İranın bu ölkədə təsir gücünün artmasından etiraz edir. Hökumətin sərt tədbirlər görməsi etirazları səngitmir. Burada xarici oyunçunun olması istisna deyil”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İranın İraq üzərində hər keçən gün təsiri artır:

“Bundan nüfuzlu din xadimləri də narahatlıqlarını dilə gətirirlər. 2003-cü ildən İraqda oturuşan ABŞ Tehranın İraqda mövqeyini güclənməsinin qarşısını almağa başlayıb. İsrailin "Haşdi Şabi" qüvvələrinə aviazərbəsi, rəsmi Bağdadın İran koalisiyasına qoşulmaması, hətta İranın bu ölkədə qeyri-rəsmi hərbi üstünlükləri inkişaf etdirməsi ABŞ-da ciddi tədbirlər görməyə sövq edir. Məhz bu etirazlar kortəbii deyil, özü-özlüyündə formalaşmır. Burada etirazlara rəvac verən sosial, siyasi problemlərdə mühüm rol oynayır. Bundan istifadə edən Vaşinqton çalışacaq ki, rəsmi Bağdadın İran siyasətinin qarşısını alsın. İranın İraqda, Yəməndə, Suriyada güclənməsi Səudiyyə Ərəbistanı başda olmaqla digər ərəb ölkələrini narahat edir. Ona görə də məhz şiələr vasitəsilə İraqda baş verən etirazlar geosiyasi müharibənin bir parçasıdır. Ərəb ölkələri və ABŞ İranın İraqda güclənməsinin qarşısını almaq üçün ciddi hərəkətə keçiblər. İran buna cavab olaraq yenidən hisilər vasitəsilə Səudiyyəyə zərbələr endirəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1959