hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Ermənistan Avropa Məhkəməsinin qərarını yerinə yetirsin, sonra Azərbaycan” – Politoloq

“Ermənistan Avropa Məhkəməsinin qərarını yerinə yetirsin, sonra Azərbaycan” – Politoloq

Ramil Səfərov haqqında Avropa Məhkəməsinin qərarı bir Məhkəmənin hüquqi proseduru yerinə yetirməsidir.

Cebhe.info-nun xəbərinə görə, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Ramil Səfərovun milli hissiyyatına toxunan və onu bu həddə gətirən Azərbaycanın bayrağını təhqir edən erməni Qurgen Markaryandı. Bu işə görə Ramil Səfərova Azərbaycanın Milli qəhrəmanı fəxri adı verilməyib. Sadəcə, ölkəyə ekstradisiya edilib və əfv olunub. Həbsdə saxlanmalı deyildi. Ramil Səfərov haqqında Avropa Məhkəməsinin qərarına gəldikdə isə, bu bir Məhkəmənin hüquqi proseduru yerinə yetirməsidir. Beynəlxalq təşkilatların və məhkəmənin qərarlarını adi kağız parçası adlandırmaq olmaz. Avropa Məhkəməsinin köçkün Çıraqov qardaşlarının Ermənistanın işğalçı siyasəti işi ilə bağlı ədalətli qərarı var. Birinci, Ermənistan həmin qərarı yerinə yetirsin, sonra Azərbaycan hazırkı qərara baxar”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 11265