hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“Əli Kərimlidən başqa hamını dəvət etmişəm”- Fəzail Ağamalı

“Əli Kərimlidən başqa hamını dəvət etmişəm”- Fəzail Ağamalı

"Mən Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət etmişəm".

Cebhe.info xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. F.Ağamalı bu sözləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masaya bütün siyasi partiyaların sədrlərinin dəvət olunmaması fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünən internet vasitəsilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərib: "Təkcə Əli Kərimlini dəvət etməmişəm”.

Cebhe.info


Oxunma sayı: 760