hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

“Əli Əsədov Baş nazirlik institutunu gücləndirəcək” – RƏY

“Əli Əsədov Baş nazirlik institutunu gücləndirəcək” – RƏY

“Novruz Məmmədovun istefaya göndərilməsi və yerinə Əli Əsədovun gətirilməsi Baş nazirlik sisteminin güclənməsinə hesablanıb”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib.

Onun sözlərinə görə, Əli Əsədov daha optimal və siyasi çevikliyi ilə Baş nazirlik institutunu gücləndirəcək:

“Novruz Məmmədovdan fərqli olaraq Əli Əsədov Baş nazirlik aparatını gücləndirərək iqtisadi xarakterlikdən, güclü siyasi sistemə çevirilməsinə gətirəcək. Görünür müəyyən problemlər artıq Baş nazirliyin güclənməsini şərtləndirib. Bu qərar ən üst səviyyədə olmaqla, iqtidarın möhkəmlənməsinə hesablanıb. Baş nazirlik Azərbaycanda yalnız iqtisadi sahəni kurasiya edib. Baş nazir olanlar əsasən, siyasi oyunlardan kənarda və heç bir siyasi qruplaşmalarda olmayıblar. Sakit və təmkinli şəkildə siyasi proseslərdən kənarda durublar.

Hazırda isə şərtlər dəyişir, gözlənilirdi ki, vitse-prezidentlik daha da güclənəcək və Baş nazirlik ləğv ediləcək. Amma yeni şərtlər artıq Baş nazirliyin güclənməsini diktə edir və yeni Baş nazirin çevik komanda qurması, eləcə də siyasi iradəli olaraq dayanıqlı şəxsə verilməsini labüd etdi. Artıq iqtidarda müəyyən qrup öz gücünü toparlamaqla növbəti parlament seçkilərində öz mövqeyini daha da gücləndirməyi planlayır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1552