hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Bu qərar Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur” - Deputat

“Bu qərar Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur” - Deputat

“Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur”.

Cebhe.info-nun xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

“Erməni tərəfi yaşamaq hüququnun maddi aspekti məsələsində Azərbaycanın beynəlxalq hüquqi məsuliyyətinin qəbul olunmasına çalışırdı. Onların bu iddiası təmin edilməyib. AİHM rəsmi Budapeştin hərəkətlərində heç bir qanun pozuntusu tapmayıb. Ramil Səfərov Macarıstan hökuməti tərəfindən qanuni olaraq Azərbaycana verilib və Azərbaycan Konvensiyanın müddəalarına uyğun olaraq faktiki olaraq onu qəbul edib. Avropa Məhkəməsinin qərarında nəzərə alınmalı olan əsas şey budur. Bu qərar ümumi tədbirlər baxımında Azərbaycan tərəfinin üzərinə heç bir öhdəlik qoymur. Qərarda maddi və ya mənəvi ziyan da daxil olmaqla heç bir təzminat müəyyən edilməyib”-deyə, deputat bildirib.

Aydın Mirzəzadə Avropa Məhkəməsinin hadisənin baş vermə səbəbini araşdrmadığını və bu barədə qərarda heç bir istinadın olmadığını bildirir:

“Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, bir milyondan çox vətəndaşamızı öz torpaqlarından qovması, on minlərlə vətəndaşımızı həyatdan məhrum etməsidir. Nəticə olaraq isə bir çox fəsadlar törənib, Ramil Səfərov da bunun mənəvi qurbanlarından biridir. Həmçinin Budapeştdə tədbir zamanı erməni zabitlərinin daima Azərbaycan nümayəndəsini və Azərbaycan dövlət atributlarını təhqir etməsi də hadisədə az rol oynamayıb. Ermənistan bu məhkəmə işindən Azərbaycana qarşı bir siyasi və diplomatik təzyiq aləti kimi istifadə etməyə, Azərbaycanın üzərinə siyasi və hüquqi öhdəlik qoymaq istəyirdi. Bu isə onlarda alınmadı”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 11936