hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Azərsu” filtr reklamçılarından narazıdır: “Şübhə yaradırlar”

“Azərsu” filtr reklamçılarından narazıdır: “Şübhə yaradırlar”

Bakıda su filtrlərini reklamı gündən-gündən artır. 

Şirkət nümayəndələri qapı-qapı gəzərək su filtrlərini reklam edir, “Azərsu”nun verdiyi içməli suyun keyfiyyətini şübhə altına alırlar.

Cebhe.info xəbər verir ki, “Azərsu” ASC sədri Qorxmaz Hüseynov bu gün keçirdiyi mətbuat konfransında bu məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, bu şirkətlər “Azərsu"nun suyunu antireklam edərək, su filtrlərinin reklamını aparırlar:

“Bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir. Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur".

Qorxmaz Hüseynov korporativ binalarda suyun çirkli olması məsələsindən də danışıb: "Bu binaların özlərinin su anbarı olur. Su anbarları ən azı ildə bir dəfə təmizlənməli və yuyulmalıdır. Təəssüf ki, bir çox korporativ binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparırıq". 

ASC sədri bildirib ki, Abşeron yarımadasında adambaşına hazırda 11 kubmetr su verilir. Əvvəllər is bu rəqəm 17 kubmetr olub.  Baxmayaraq ki, fasizləsiz su rejimi artırılıb, abonent sayı da artıb, ancaq qənaət hesabına bu vaxta qədər su almayan ərazilərə də magistral xətlər çəkilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 837