hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“Azərbaycanla Rusiya arasında Laçın dəhlizi ilə bağlı fikir ayrılıqları var” – POLİTOLOQ

“Azərbaycanla Rusiya arasında Laçın dəhlizi ilə bağlı fikir ayrılıqları var” – POLİTOLOQ

"Ermənistan rəhbərliyi Qarabağın Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına silahlı qüvvələrini tədricən çıxararaq, bura yeni nizami silahlı qüvvələr göndərmir. İlk növbədə Azərbaycan prosesə nəzarət edir. Əgər Ermənistan yeni silahlı qüvvələr göndərəcəksə, bu yeni toqquşmalara gətirib çıxara bilər".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasnın sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edin ki, belə fakt qeydə alınacaqsa, burada əsas məsuliyyət Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür:

"Əgər Rusiya sülhməramlı qüvvələri buna şərait yaradacaqsa, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən imtina etməlidir. Azərbaycan öz ərazisinə digər ölkənin silahlı qüvvələrinin buraxılmasına şərait yaradan sülhməramlı missiyadan imtina etməlidir. Rusiya sülhməramlı qüvvələri buna gedərsə, ordumuz hərkətə keçib, Laçın dəhlizini bağalamalıdır. Hazırda belə faktlar qeydə alınmır. Amma bunun baş verməsi mümkün ola bilər. Əgər baş verərsə, hərəkət etmək mütləqdir. Rusiya Ermənistandan yeni hərbi qüvvələrin Qarabağa göndərilməsini istəyir.

Ermənistan Azərbaycan və Rusiya hökumət üzvülərindən ibarət yeni komissiya yaradılır. Bu komissiya çərçivəsində Azərbaycan Ermənistandan öhdəliklərə əməl edilməsi tələb ediləcək. Bundan əlavə, Baş nazir Nikol Paşinyanda yaxşı bilir ki, Ermənistan üçün Qarabağ məsələsi bitib və bura silahlı qüvvələrini göndərməklə, nəyəsə nail olunacağı mümkün deyil. Hazırda Ermənistan rəhbərliyinin əsas strateji planı Türkiyə və Azərbaycanla normallaşma prosesinə nail olmaqdır.

Dağlıq Qarabağda silahlı erməni birləşmələri, əsasən, Ermənistan silhalı qüvvələrinə tabe deyil. 10 noyabr üçtərəfli Bəyannaməyə uyğun olaraq silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma Rusiya bu öhdəliyə əməl etməyərək, silahlı erməni birləşmələrinin sayını artırır. Qeyd edim ki, burada silahlı ermənilər qaldıqca, azərbaycanlıların bu əraziyə köçməsi mümkün olamayacaq".

Politoloq hesab edir ki, Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzi sadəcə Türkiyənin Qarabağda rəsmi təmsil olunması üçün bir fəaliyyətdir:

"Atəşkəsə nəzarət edəcək bir Monitorinq Mərkəzinin fəaliyyəti qanunsuzdur və buna ehtiyac yoxdur. Çünki Bəyannamənin 4-cü bəndinə uyğun olaraq silahlı erməni birləşmələri çəxarılmaldır. Əgər silahlı erməni birləşmələri çıxarılacaqsa, belə bir mərkəzin fəaliyyətinə ehtiyac yoxdur. Bu, 10 noyabr Bəyannaməsində göstərilənlərə uyğun deyil. Əgər silahlı erməni birləşmələri qalırsa, atəşkəs qorunursa, istənilən vaxt ermənilər atəşkəsi poza biləcək.

Ümumiyyətlə, Rusiyadan konkret tələb edilməlidir ki, Bəyannamənin şərtlərinə əməl etsin və silahlı erməni birləşmələri çıxarılsın. Azərbaycan ilə Rusiya arasında Laçın dəhlizi ilə bağlı ciddi fikir ayrılıqları qalır. Hökumət Rusiya ilə danışıqlarda Laçın Dəhlizi üzərində dronlarla müşahidə aparılmasının təşkil edilməsini tələb etməlidir".

Cebhe.info


Oxunma sayı: 4247