hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Azərbaycanın İsraildə səfirliyini açmalıdır”-Politoloq

“Azərbaycanın İsraildə səfirliyini  açmalıdır”-Politoloq

“Azərbaycanın İsraildə səfirliyinin açılması zəruridir, hətta siyasi nizamın tələbidir.

Baxmayraq ki, bu ölkə ilə siyasi-iqtisadi və hərbi-texniki əməkdaşlıq yüksək səviyyəddir. Ölkəmizdə İsrailin səfirliyi fəaliyyət göstərir. Bu diplomatik əlaqələri ikitərəfli əsasda qurmalıyıq. Ölkəmizin səfirliyini Qüdsdə deyil, Təl-Əvivdə açmalıdır. Bundan əlavə, Çünki, BMT qətnaməsinə əsasən Qüdsdə səfirliyin açılması mübahisəlidir və Azərbaycan beynəlxalq hüquqa əsasən Fələstinin ədalətli mövqeyini dəstəkləyir”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullzadə deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Fələstin məsələsində BMT qətnamələrinə əsaslanır: “Bu illər ərzində Azərbaycan məhz müsəlman ölkələri, xüsusilə ərəb və İran faktoruna görə İsraildə səfirliyini açmayıb. Səfirliyin olmaması iki ölkə əlaqələrinə mənfi təsir etməyib. İsrail rəhbərliyi də bu illər ərzində Azərbaycanın bu siyasətini anlayışla qəbul edib. Hazırda siyasi şərtlər dəyişir, ABŞ, ərəb ölkələri ilə İsraili barışdırır. Səudiyyə Ərəbistanın məhz razılığı ilə körfəz və digər ərəb ölkələri İsraillə sülh müqaviləsi bağlayır və bu istiqamətdə danışıqlar aparır. Belə olan təqdirdə Azərbaycana qarşı ərəb ölkələri İsraildə səfirlik açılmasına görə, heç bir siyasi narazılıq etməyəcəklər. Qeyd edim ki, İsrail beynəlxalq müstəvidə Azərbaycanın əsas dəstəkçisidir. Artıq, Ermənistan Təl-Əvivdə səfirliyini açıb. Ermənistanın bu siyasəti İsrail-Azərbaycan əlaqələrini, xüsusilə iki ölkə arasında hərbi-texniki əməkdaşlığının qaşısını almaqdır. Və İsrailin ölkəmizə müasir silahlar satmamasına nail olmaqdır. Ermənistan Yaxın Şərq siyasətini sürətləndirib və ölkəmizi üstələməyə çalışır. Göründüyü kimi İranın Ermənistana hər hansı bir təzyiqi və etirazı olmadı. Çünki, Ermənistan -İsrail əməkdaşlığı Azərbaycan əleyhinə olduğu üçün İran susqunluq nümayiş etdirir. Ona görədə Azərbaycan İran faktorundan çəkinməməli və İsraildə səfirliyini bu ilin axırına kimi açmalıdır. İran Azərbaycan əleyhinə məhz işğala dəstək verməklə, Ermənistana Rusiyadan silahların ötürülməsində iştirak edir. Artıq, yeni siyasi mərhələ formalaşıb, Azərbaycan İsraildə səfirliyini açmalıdır”.
Aydın
Cebhe.info


Oxunma sayı: 2663

Bizim Telegram səhifəmizi izləyin