hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Abşeron yarımadasının elektron xəritəsi hazırlasın” - TƏKLİF

“Abşeron yarımadasının elektron xəritəsi hazırlasın” - TƏKLİF

"Azərsu" prezidenti açıqlamasında deyib ki, hazırda Abşeron yarımadasının 81 faizi fasiləsiz, yəni 24 saat su ilə təmin edilir.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev səslənən rəqəmə şübhə etmək üçün əlində ciddi bir əsas yoxdur. Amma o, şübhələnməkdən də özünü saxlaya bilmədiyini deyib:

““Azərsu” Abşeron yarımadasına daxil olan bütün inzibati ərazi vahidlərinin elektron xəritəsi hazırlansın, həmin xəritədə hər bir qəsəbə və rayon üzrə su ilə təminat səviyyəsi əks olunsun. Statkom təcrübəsində belə xəritələrdən çox istifadə edir.

Abşeron yarımadası üzrə maksimum 80 qəsəbə və rayon var. Yəni bunu etmək elə də mürəkkəb və çətin deyil. Əlavə olaraq, hər bir ərazi üzrə abonentlərin sayı, onların əhali və qeyri-əhali bölgüsü, il ərzində ev təsərrüfatlarına verilən suyun ümumi həcmi və adambaşına düşən həcmi, ərazilər üzrə ev təsərrüfatlarından toplanan yığımların həcmi barədə məlumatı hesabat formasında internetdə yerləşdirmək çox asan işdir.

Bu qədər şəffaflıq olanda, ictimaiyyətin şübhələri də olmur. Şəffaflıq olmayan mühitdə iqtisadi inkişaf da olmaz, olsa-olsa inanılmaz şəxs zənginləşmə olar”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 980