hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Lavrov:"Minalanmış ərazilərin xəritələrinin verilməsini Yerevanda müzakirə etmişik"

Lavrov:"Minalanmış ərazilərin xəritələrinin verilməsini Yerevanda müzakirə etmişik"

Rusiyanın Xarici İşlər naziri Sergay Lavrov Ermənistanın mina xəritələrinin Azərbaycana verilməməsi məsələsinə toxunub.

Cebhe.info xəbər verir ki, S.Lavrov Rusiyanın bütün növ humanitar məsələlərin dərhal həll olunmasının tərəfdarı olduğunu deyib:

“Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”.

S.Lavrov onu da əlavə edib ki, Rusiya nasizmin qəhrəmanlaşdırılmasına qarşıdır.

Cebhe.info


Oxunma sayı: 2146