hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kür çayı niyə quruyur? Səbəb Türkiyənin su anbarıdırmı? – DİREKTORDAN AÇIQLAMA

Kür çayı niyə quruyur? Səbəb Türkiyənin su anbarıdırmı? – DİREKTORDAN AÇIQLAMA

Kür və Araz çaylarında suyun miqdarının azalması artıq ciddi ekoloji xarakter alıb, hətta ölkənin milli təhlükəsizlik məsələsi kimi də dəyərləndirilir.

Əhali və canlı təbiət susuzluqdan əziyyət çəkir, Neftçala rayonun bəzi kəndlərinə içməli su maşınlarla daşınır.

Eyni zamanda yaranmış durumla bağlı müxtəlif mülahizələr irəli sürülməkdədir. Daha çox Kürün suyunun quruması Türkiyənin Kür çayı üzərində iki su anbarı inşa etməsi ilə əlaqələndirilir.

Kürün çayında suyun azalması təbii faktorla bağlıdır, yoxsa burada digər amillərin də rolu var? Kür və Arazda suyun azalması hansı illərdə müşahidə olunub və bu azalma hansı səbəblərlə bağlı olub?

AMEA Coğrafiya İnstitutunun rəhbəri Ramiz Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, Kür və Araz çaylarının sularının azalması təqribən 30 ildir ki, müntəzəm olaraq müşahidə edilir:

“Bu ilk növbədə iqlim dəyişiklikləri ilə bağlıdır, ikinci səbəb isə Kür və Araz çaylarının hövzəsində su istehlakının artmasıdır. Bu həm kənd təsərrüfatına, həm energetikaya, həm də məişətə aiddir. Əhalinin sayının artması öz əksini Kür və Arazın su resurslarının azalmasında tapır”.

Professor bildirib ki, ən kəskin azalma 1999-2000-ci illərdə müşahidə olunub:

“Bu da hövzədə yüksək temperaturun müşahidə olunması ilə bağlı olub. Həmin vaxt suyun miqdarı ekoloji axına yaxınlaşmışdı. Bu halda çayın ekosistemi, orada olan canlılar, balıqlar, bitki örtüyü məhv olur”.

İnstitut rəhbəri Kür çayında suyun azalmasına Türkiyədə çayın üzərində su anbarının tikilməsinin səbəb olması ilə bağlı iddialarla razılaşmır:

“Kür Türkiyədən yalnız başlanğıcını götürür. Çay əsasən, öz suyunu Gürcüstan ərazisində, sonra isə Azərbaycan ərazisində yığır. Ona görə də bu elə də ciddi təsirə malik deyil. Həm də Türkiyədə Kür çayı üzərində elə bir iri su anbarı tikilməyib. Türkiyədə Çeoroki çayı üzərində su anbarı tikilib ki, hazırda bununla bağlı Gürcüstanla bu ölkə arasında mübahisələr olur, amma bu məsələnin bizə dəxli yoxdur”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 7173