hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Kreml ilin sonunadək Paşinyanı devirmək istəyir: Politoloqdan sensasiyalı açıqlama

Kreml ilin sonunadək Paşinyanı devirmək istəyir: Politoloqdan sensasiyalı açıqlama

“Ermənistanda Putinə qarşı həbs məsələsinin qaldırılması, əsasən Köçəryan işində Kremlə qarşı demarşdı”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq qeyd edib ki, Paşinyan yaxşı bilir ki, Putin onu qəbul etmir və əlverişli situasiyada “Qarabağ klanı”nı qabağa verib onu devirməyə cəhd edəcək: 

“Məhz Köçəryana stavka edilməsi, Paşinyana ciddi şəkildə təzyiqdir. Paşinyanın təlimatı ilə Putinə qarşı belə bir senari hazırlanıb. Paşinyan çalışır ki, Kreml ona Köçəryanla bağlı təzyiq etməsin. 

Amma bununla o öz iqtidarını daha da Kremlin hədəfinə gətirdi. Artıq görünür ki, Paşinyan populizmlə məşğul olur, praqmatik siyasətdən uzaqdı. Rusiya Ermənistan əlaqələri Paşinyan dövründə yüksək səviyyədə olmayacaq. Paşinyan öz siyasəti ilə Moskvaya qarşı olmasına baxmayaraq, Rusiya məhz Azərbaycana qarşı təzyiq kimi Ermənistandan əl çəkmir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1068