hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Koronavirusun yox olması üçün 2 VACİB ŞƏRT: Ya 70 faiz insan yoluxmalı, ya da... - Dünya xilas yolunu gözləyir

Koronavirusun yox olması üçün 2 VACİB ŞƏRT: Ya 70 faiz insan yoluxmalı, ya da... - Dünya xilas yolunu gözləyir

Dünyanı cənginə alan koronavirusun yox olması üçün şərtlər açıqlanıb.

Cebhe.info xəbər verir ki, ABŞ-ın Corc Meyson Universitetinin mütəxəssisləri COVID-19-un yoxa çıxması üçün bəzi vacib şərtlərin olduğunu bildiriblər.

Onların fikrincə, ya Yer kürəsi əhalinin 70 faizində koronavirusa dirəniş göstərmək üçün immunitet güclənməli, ya da insan orqanizminə daxil olan virus patogen xüsusiyyətlərini azaltmaqla inkişaf edərək yoxa çıxmalıdır. Ancaq bu iki halda koronavirusun yox olacağı bildirilir. Hər iki fikri dəstəkləyən müəyyən qrup mütəxəssislər var.

Birinci qrupa daxil olan mütəxəssislər bildiriblər ki, SARS-CoV-2 yeni orqanizmdə zəifləyir. Bu, koronavirus da daxil olmaqla digər viruslarda da özünü göstərib. İnsandan insana keçdiyi təqdirdə onda mutasiya yaranır ki, bu da yoluxmanın mənfi təsirini, o cümlədən ölüm faizini azaldır. Ancaq bunun nə qədər zaman alacağı məlum deyil.

İkinci rəyi dəstəkləyən mütəxəssislərin fikrincə, virusa dünya əhalisinin 70 faizi yoluxacaq. Bu zaman isə tələb olunan sayda insanın orqanizmində virusa qarşı dirəniş formalaşacaq. Bu isə epidemiyanın sonu deməkdir. Çünki insanlarda immunitet artıq formalaşmış olacaq.

Son məlumatlara görə, dünyada 219 min nəfər koronavirusa yoluxub. Ölü sayı 9 minə yaxınlaşır. 85 min nəfər isə sağalıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 10979