hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirusun dərmanı Azərbaycana gətirilə bilərmi? – TƏBİB AÇIQLADI

Koronavirusun dərmanı Azərbaycana gətirilə bilərmi? – TƏBİB AÇIQLADI

Rusiya koronavirusun müalicəsində təsdiqlənmiş “Avifavir” dərmanının tədarükünə başlayıb.

Preperat ilk olaraq Belarusa ixrac olunacaq. Daha sonra isə “Avifavir” Latın Amerikası, MDB və Yaxın Şərq ölkələrinə göndəriləcək. “Favipiravir”in bazası əsasında hazırlanan “Avifavir” hazırda koronavirusun müalicəsində istifadə olunan iki dərmandan biridir.

Maraqlıdır, Azərbaycan bu preparatı ala bilərmi?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Bilriyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya bildirib ki, xəstələrin müalicəsində ölkəmizdə “Favipiravir” dərmanından istifadə edilir:

“Avifavir” və “Favipiravir” preparatları eyni tərkibli dərmanlardır. “Favipiravir” və buna oxşar dərmanlar həkim nəzarəti ilə qəbul edilməlidir. Amma “Avifavir” preparatının, ümumiyyətlə, dərmanların ölkəyə gətirilməsi məsələsi TƏBİB-in səlahiyyətində deyil”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3015