hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 6,8 milyonu ötüb, 3,3 milyon şəxs virusa qalıb gəlib.

Cebhe.info xəbər verir ki, bir çox ölkələrdə virusdan ölənlərin sayında artım müşahidə edilir.

Müxtəlif ölkələrdə koronavirusla bağlı statistikanı təqdim edirik:

Koronavirusa qalib gəldiyini açıqlayan Yeni Zellandiyada 15 gündür ki, yoluxma hadisəsi qeydə alınmayıb.

Ekvadorda indiyədək 3 534 nəfər infeksiya qurbanı olub. Həmçinin Kolumbiyada COVID-19-dan həyatını itirənlərin sayı 1 145-ə yüksəlib.

Peruda son sutka ərzində 131 nəfər virusun qurbanı olub.

Afrikada bu göstərici son 24 saat üçün 159 nəfər təşkil edir.

Misirdə bir gün içində 40 nəfər infeksiyadan həyatını itirib. Ölkədə virusdan ölüm sayı 1 166-ya çatıb.

İngiltərədə isə son sutkada ölənlərin sayı 357 nəfər artaraq 40 261-ə yüksəlib.

Amerikada ölüm sayında pik hədd hələ də müşahidə olunur. Belə ki, son sutkada 1 042 nəfər həyatını itirib. Virusdan ölənlərin ümumi sayı 111 390 nəfər təşkil edib.

Naibə
Cebhe.info


Oxunma sayı: 826