hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirusdan sığortalana bilərik? - “Virus bitən kimi şirkətlər müqavilələrdə dəyişiklik edəcək ki….” – RƏY

Koronavirusdan sığortalana bilərik? - “Virus bitən kimi şirkətlər müqavilələrdə dəyişiklik edəcək ki….” – RƏY

Bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası ölkələrin səhiyyəsinə, iqtisadiyyatına ciddi ziyan vurmaqdadır.

Belə ki, işçilərin xəstəliyə yoluxması şirkət, müəsissə sahiblərinə də xeyli ziyana salır, əmək qabiliyyəti bir az da aşağı düşür. Hazırda dünyanın bir çox ölkəsində insanların yoluxucu xəstəliklərdən sığortalanması əsas müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, ölkəmizdə insanlar özlərini koronavirusdan sığortalaya bilərmi? Başqa hansı yoluxucu xəstəliklərdən sığortalanmaq mümkündür?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında sığorta məsələləri üzrə eskpert Xəyal Məmmədxanlı bildirib ki, virusun səngiməsindən sonra pandemiyalar sığortadan kənarda qala bilər:

"Hazırda bu məsələ çox ciddi müzakirə mövzusudur. Məsələni 2 hissəyə bölsək, pandemiyadan öncə istər tibbi sığortada, istər səyahət sığortasında COVID-19, o cümlədən bütün respirator xəstəliklər təminata daxil idi. Yəni əgər sizin tibbi sığortanız var idisə, gözlənilmədən koronavirusa yoluxsanız, sizin bütün xəstəxana xərcləriniz təminata daxil olunmalı idi. Xəstəliyə gedib Çində tutulsanız belə, səyahət sığortanız olsa, yenə də bu xərcləriniz qarşılanacaqdı. Amma pandemiyanın başlanması artıq qlobal bir fəlakətdir. Bu gün hansısa sığorta şirkətinə gedib koronavirusdan sığortalanmaq istəsəniz, sizə heç vaxt sığorta satmaz. Hətta böyük ehtimal postpandemiya dövründə bütün müqavilələrin şərtlərinə dəyişikliklər ediləcək və pandemiyalar yəqin ki, sığorta məsələsində istisna olacaq. Bu günədək müqaviləniz varsa, faktiki tibbi sığortanız əlinizdədirsə, yalnız bu, sizə təminat verə bilər. Belə olan halda tibbi sığorta şirkəti bəhanə gətirə bilməz".

Ekspert əksər xəstəliklərin sığortasının mümkünlüyünü vurğulayıb:

"Söhbət tibbi sığortadan gedirsə, bu sığorta əksər xəstəliklərə təminat verir. İstisna hallara və xidmətlərə misal olaraq, hepatit, psixi xəstəliklər, psixi pozuntular, dəri-zöhrəvi yolla keçən xəstəliklər, kosmetik xidmətlər, plastik əməliyyatlar və s. daxildir. Bundan başqa, bütün respirator virus xəstəlikləri, qrip və s. tibbi sığorta təminatına daxildir".

Nargilə
Cebhe.info


Oxunma sayı: 5941