hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Kənd Təsərrüfatı Nazirliyində 13 milyonluq tender: Eyni şirkətlə daha bir müqavilə imzalanıb

Kənd Təsərrüfatı Nazirliyində 13 milyonluq tender: Eyni şirkətlə daha bir müqavilə imzalanıb

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Göygöl rayonunda heyvandarlıq kompleksinin tikintisi üçün 12 milyon 750 min 533, 22 manatlıq müqavilə imzalayıb. 

Müqavilə "Fasad-F” MMC ilə bağlanıb. 

Vergilər Nazirliyinin reyester məlumatlarına görə,  "Fasad-F” MMC 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur. 

"Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir.

Açıq mənbələrdə şirkətin qanuni təmsilçisi barədə heç bir məlumata rast gəlinmir. Maraqlıdır ki, 3 ildir yaranan şirkət KTN-in iri layihələrində iştirak edir. Bu ilin oktyabr ayında KTN aqrar yönümlü peşə təhsili məktəbinin tikintisi ilə bağlı "Fasad-F” MMC-lə müqavilə bağlayıb. 

Müqavilənin məbləği 5 milyon 771 min 621 manat olub/Yenisabah.

Cebhe.info


Oxunma sayı: 694