hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Karantinlə bağlı qaydaya dəyişiklik edilib?

Karantinlə bağlı qaydaya dəyişiklik edilib?

Xaricdəki soydaşlarımızın ölkəyə gətirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qərarı ilə şəxs COVID-19 test nəticələrini təqdim etdikdən sonra nəticələr pozitiv çıxmayıbsa, təyyarəyə buraxılır.

Bundan sonra ölkəyə gətirilən həmin şəxslər 14 gün karantin şəraitində saxlanılırlar. Lakin vətəndaşlardan biri ölkəyə gətirilildikdən sonra ev karantininə alınmadığını bildirib. Sonra həmin şəxsi yenidən karantinə alıb 9 gün saxlayıblar və 2 dəfə də test tətbiq ediblər.

Maraqlıdır, Nazirlət Kabinetinin karantinlə bağlı qərarına dəyişiklik edilib?

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında bu vəziyyətin xüsusi hal ola biləcəyini deyib:

“Nazirlər Kabinetinin karantin tədbirləri ilə bağlı sonuncu qərarında hansısa dəyişiklik olsa, bunu ancaq Operativ Qərargah açıqlayacaq. Qaldı vətəndaşın 9 gün karantində saxlanılmasına və iki dəfə test tətbiqinə, o xüsusi haldır.

Onu mən bilmirəm. Yəqin ki, araşdırılası haldır. Hazırda mənim bildiyim sonuncu sərəncama uyğun qərardır. Karantinə alınma və ya buna nəzarət TƏBİB-in səlahiyyətlərinə daxil deyil”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1398