hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İrəvandan Moskvaya daha bir "sürpriz": “Azərbaycan üçün yeni imkanlar yarana bilər” - AÇIQLAMA

İrəvandan Moskvaya daha bir "sürpriz": “Azərbaycan üçün yeni imkanlar yarana bilər” - AÇIQLAMA

“Ermənistanda bütün sahələrdə anti-Rusiya siyasəti davam edir. Rusiyanın əsas ruporu olan televiziya kanallarının bu ölkədə analoq yayımı dayandırılır. Baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə parlamentdə yeni qanun qəbul ediləcək. Bundan sonra Rusiya televiziya kanallarının yayımı icazə ilə reallaşacaq”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, artıq Yerevanda Rusiya səfiri yeni qərara öz etirazını bildirib:

“Nikol Paşinyanın hakimiyyət müddəti uzanarsa, ölkəsində Rusiya hərbi bazasının çıxarılmasına gedəcək. Bununla bağlı Paşinyanın ətrafı bir neçə dəfə məsələ qaldırıb. Amma birbaşa Paşinyanın göstərişini gözləyirlər. Göründüyü kimi işğalçı ölkədə Paşinyan Rusiyaya qarşı siyasətini davam etdirir. Qeyd edim ki, Moskvanın Çiçəklənən Ermənistan Partiyasına və onun sədri Qarik Tsarukyana dəstəyi, baş nazirin Moskvaya daha radikal addımlar atmağa sövq edib. Moskva daima informasiya siyasətinə və onun əsas bazası olan televiziya kanallarının yayımına xüsusi yanaşıb və forpostu olan bir ölkə onun bu siyasətini bloklayır. Artıq Rusiya fərqində olmalıdır ki, ermənilər fürsət düşən kimi Rusiyanı Qərbə satır. Təəssüf ki, Kreml hələ də bu siyasəti görməzdən gələrək problemi Paşinyanda görür. Nikol Paşinyan Ermənistanda rusfobiya siyasətini uğurla davam etdirərək, ölkəsinə gələn Rusiya emissarlarını qəbul etmir. "İnqilabçı" Baş nazir Konstitusiyada dəyişikliklər edib öz hakmiyyətini möhkəmləndirir, dövlət sistemində "Qarabağ klanı"n üzvülərini neytrallaşdırır, həmçinin Robert Köçəryan və Serj Sarkisyan tandeminin yenidən dirçəlməsinə imkan tanıması mümkün deyil”.

Politoloq bildirib ki, konstitusiya dəyişiklikləri ilə Paşinyan ölkəsində avtoritar rejimi qurmaqla, tək hakmiyyəti əlində cəmləşdirməklə, vəd etdiyi demokratik islahatların üstündən xətt çəkmiş oldu:

“Qərb Paşinyanın siyasətinə ona görə etiraz etmir ki, təməldə anti-Rusiya siyasəti dayanır. Ermənistanda Paşinyan hakmiyyətdə qalıb Rusiyanın təsirini azalda bilərsə, Azərbaycan üçün yeni imkanlar yarana bilər. Artıq Qarabağ münaqişəsi bir neçə aydan sonra Rusiyanın əleyhinə işləyəcək. Çünki müdafiə etdiyi və işğalçı siyasətinə dəstək verdiyi Ermənistanda anti-Rusiya isterikası dövlət siyasətidir və bu onun Ermənistandan uzaq olmayan vədədə çıxarılmasına hesablanıb. Bəli, Ermənistanda Rusiyanın dayaqları laxladılsa, bu ölkənin Qarabağ münaqişəsinin nizamlanmasında təsiri azalacaq. Azərbaycan meydanda Ermənistanla qarşı-qarşıya dayanacaq. Əlbəttə ki, Yerevanda da bunu yaxşı anlayırlar. Bəlkə, rəsmi Bakının hələ də səbr etməsində bu amil dayanıb? Rusiya da boş dayanmayıb, amma Moskvanın Ermənistanda fəaliyyəti bundan sonra uğurlu olmayacaq. Nəticədə, bizim üçün döyüş meydanı hazır ola bilər. Rəsmi Bakı öz ordusunu hazır vəziyyətdə saxlamalı və bütün ssenarilərə hazır olmalıdır. Çünki Ermənistanda siyasi vəziyyət mürəkkəbdir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 8108