hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

İranda yeni iqtisadi böhran başlaya bilər

İranda yeni iqtisadi böhran başlaya bilər

“ABŞ Prezidenti Donald Trampın İranın Milli Bankına, “Milli inkişaf fondu” və “Etemad Tejerate Pars Co.” şirkətinə sanksiyalar tətbiq etməsilə biz bu yaxınlarda İranda devalvasiya dalğalarının və inflyasiyanın yüksəlməsinin şahidi olacağıq”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“İran uzun müddətdir ki, sanksiyalar altında yaşayır. Son sanksiya dalğası İranın Mərkəzi Bankının hər hansı bir xarici əməliyyatlar aparmaq imkanını da heçə endirdi. Yəni əvvəllər İranın bir çox banklarına sanksiyalar tətbiq olunmuşdu, lakin Mərkəzi Bank əməliyyatlar edə bilirdi. Əsasən də Çin və Rusiya vasitəsilə əlaqələr qura bilirdi.

İndi tamamilə kənarda qalacaq. Bu da iqtisadi böhranın daha da dərinləşməsi ilə nəticələnəcək. Bu isə valyuta əməliyyatlarının tamamilə dayandırıla biləcək ehtimalını artırır. Bu da İranın milli valyutası olan realın getdikcə dəyərdən düşməsinə səbəb ola bilər. Çox güman ki, biz yaxın zamanlarda İranda devalvasiya dalğasının və inflyasiyanın artmasının şahidi olacağıq. 

Əgər digər dövlətlərin də İranın sanksiyalar tətbiq olunmuş bankları və ya şirkətləri ilə əlaqələri təsbit olunarsa, həmin ölkənin hüquqi və fiziki şəxslərinin hesabları dondurula bilər. Hətta onlar haqqında ABŞ əlavə sanksiyaların da qəbul olunması ilə bağlı qərar qəbul edə bilər. Ona görə də bütün şirkətlər kifayət qədər ehtiyatla davranacaqlar ki, növbəti sanksiya dalğasının içinə düşməsinlər. Çünki əlqələri müəyyən olunarsa, onlara çox böyük maddi ziyan dəyə bilər və Amerika ərazisindəki aktivləri dondurula bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1057