hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İran üsyanı: Tehranda 3 nəfər öldürülüb

İran üsyanı: Tehranda 3 nəfər öldürülüb

İranı bürüyən etirazlarda aksiya iştirakçıları ilə polis və təhlükəsizlik qüvvələri arasında qarşıdurma səngimək bilmir. 

Cebhe.info-nun məlumatına görə, paytaxt Tehranda baş verən toqquşmalar zamanı İran hüquq-mühafizə orqanlarının üç nəfər əməkdaşı öldürülüb. "ISNA" agentliyinin yaydığı xəbərdə bildirilir ki, nümayişçilər onları əhatəyə alaraq soyuq silahla qətlə yetirib. 

Hadisənin dəqiq vaxtı göstərilməsə də, öldürülənlərdən bir nəfərinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi qulluqçusu, digər iki nəfərin isə təhlükəsizliyin təmin edilməsi üçün səfərbər olunmuş mülki geyimli “Bəsic” əməkdaşı olduğu qeyd edilir. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 463