hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İnfeksionist - Bu zaman xəstəliyi yüngül keçirmək şansınız artır

İnfeksionist - Bu zaman xəstəliyi yüngül keçirmək şansınız artır

Ehtiyatı əldən verməməliyik! Maska, sosial məsafə və əl gigiyenası sizi COVID-19 və digər tənəffüs yolu ilə yoluxan xəstəliklərdən qoruyur. Bu qaydalara riayət etdiyiniz halda COVID-19-a yoluxsanız belə aldığınız virus miqdarı az olduğu üçün xəstəliyi simptomsuz və ya yüngül keçirmək şansınız artır.

Bu sözləri İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr.Fərrux Sədirov deyib.

Həkim bildirib ki, koronavirus infeksiyasına yoluxma sayının artmasının səbəbi karantin qaydalarının yumşaldılması olub:

"İkinci bir səbəbi beyinlərdə olan "yumşaldılmadır". İnsanlar xəstəliyin ciddiyyətini nəzərə almadıqca və bu minvalla hərəkət etməyə davam etdikcə, yoluxma sayı artacaq. Zaman keçdikcə insan həyat şərtlərinə alışır və onu diqqətə almamağa başlayır. Amma karatin rejiminin yumşaldılması insanlarda arxayınlığa səbəb olmamalıdır.

Bu gün yoluxma faktoru artan ölkələrdə belə karantin qaydalarında ciddi bir dəyişiklik olmayıb. Əhalinin bir hissəsi artıq xəstələnib və virusa qarşı immunitet qazanıb. Lakin karantin qaydaları müəyyən qədər yumşaldıldığı üçün insanlar elə düşündü ki, yoluxma riski azalıb. Bu faktorlar da yenidən yoluxmanın artmasına gətirib çıxarır.

Səhiyyə və qeyri-səhiyyə qurumlarının bu işdə göstərdiyi səylərin uğurlu olması üçün vətəndaşların özünün də bu qaydalara mütləq şəkildə əməl etməsi lazımdır. Yoluxma zəncirvaridir, bir nəfərlə kifayətlənmir, odur ki, son dərəcə diqqətli olun".(publika)

Cebhe.info


Oxunma sayı: 1706

Bizim Telegram səhifəmizi izləyin