hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İndineziyada koronavirus vaksininin yanvarda istehsalı gözlənilir

İndineziyada koronavirus vaksininin yanvarda istehsalı gözlənilir

İndoneziya Prezidenti Joko Widodo, Çin-İndoneziya ortaqlığında klinik araşdırmaları davam etdirilən yeni növ koronavirus (COVID-19) vaksininin yanvar ayında ölkəsində satışa çıxarılacağını açıqlayıb.

Cebhe.info xəbər verir ki, sözügedən vaksinin adı “CoronaVac”dır və çinli dərman şirkəti “Sinovoc Bioteç” ilə İndoneziya dərman şirkəti “Bio Farman”ın ortaq araşdırması ilə hazırlanır.

Vaksinin üçüncü mərhələ sınaqlarının 6 ayda başa çatacağını bildirən Widodo, bu çərçivədə gələn ilin yanvar ayında bütün İndoneziya üçün kütləvi vaksin istehsalına başlaya biləcəklərini qeyd edib.

Widodo əvvəlcə, 100 milyon doza istehsal edilməsi planlaşdırılan vaksinin sonradan istehsal gücünü artıracağını qeyd edib.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 892