hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

İlham Əliyev: “Bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub”

İlham Əliyev: “Bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub”

Xəbər verdiymiz kimi, Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

Cebhe.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Prezident İlham Əliyevin çıxışında Respublika gününü qeyd etdiyimizi bildirib: “Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Bu bayram günündə məcburi köçkünlər üçün salınmış “Qobu 3” yaşayış kompleksinin açılışını qeyd edirik.

Burada bütün şərait yaradılıb. İndi mən şəraitlə tanış oldum, ən yüksək səviyyədə işlər görülüb. “Qobu Park-3” bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. “Qobu Park-3” kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək. 960 şagirdlik məktəb, - özü də çox gözəl məktəbdir, - fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir.

“Qobu-1” və “Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb”.
Xəzər
Cebhe.info


Oxunma sayı: 2069