hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Hərbi anbar yenidən partladı

Hərbi anbar yenidən partladı

Ukraynanın Vinnitsa bölgəsindəki hərbi anbarlarda bir neçə dəfə partlayış hadisəsi baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Qromadsk” televisiyası Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Zərərçəkənlər yoxdur, hazırda hadisə yerində xüsusi qurumların birqadaları işləyir”, - deyə nazirlikdən dörd dəfə partlayış hadisəsini təsdiqləyiblər.

Şahidlərin  verdiyi məlumata görə, partlayış nəticəsində arsenal ərazisində meşə yanıb.

Qeyd edilir ki, Kalinovkadakı anbarlarda 2017-ci ilin payızında da partlayış hadisəsi baş verib. Partlayışdan sonra qeydə alınan yanğınlar iki gün ərzində söndürülüb. Fövqəladə hadisə nəticəsində Ukrayna ordusu 32 min ton silah itirib. Dəymiş ziyanın məbləği 800 milyon dollar olub.

Cebhe.info


Oxunma sayı: 551