hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hərbçilər də karantin rejiminə nəzarət prosesinə cəlb olundu - MN-dən açıqlama

Hərbçilər də karantin rejiminə nəzarət prosesinə cəlb olundu - MN-dən açıqlama

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədi ilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.

Bu barədə Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun bölmələrinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilməsi ilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər/Report.

Cebhe.info


Oxunma sayı: 859