hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Həkim həyəcan təbili çaldı: “Karantinin heç bir mənası yoxdur...”

Həkim həyəcan təbili çaldı: “Karantinin heç bir mənası yoxdur...”

Tanınmış həkim-nervpotoloq Azərbaycanda son vaxtlar kritik həddə çatan epidemioloji durumdan danışıb.

Cebhe.info xəbər verir ki, vəziyyətin kəskinləşdiyinə dair həyəcan təbili çalan həkim Qalib Əsədov istənilən infeksion xəstəliklərə qalıb gəlmək üçün əsas iki şərtin olduğunu vurğulayıb:

“1. İnfeksion ocaq (xəstə) mümkün qədər tez aşkar olunmalı.

2. Dərhal müalicə tədbirlərinə başlanmalıdır.

Əgər bu gün səhiyyəmiz hərarəti olan xəstədə COVID-19 diaqnozunu ən tezi bir həftəyə qoyursa, apteklərdə müvafiq dərmanlar yoxdursa, bu zaman görülən bütün digər karantin tədbirlərinin heç bir mənası və əhəmiyyəti yoxdur!”

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2487

Bizim Telegram səhifəmizi izləyin