hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gürcüstan müxalifəti Tbilisidə kütləvi mitinq keçirir

Gürcüstan müxalifəti Tbilisidə kütləvi mitinq keçirir

Tbilisidə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası və Birləşmiş Müxalifət Birliyi “Bidzina ilə vidalaşaq!” şüarı altında kütləvi aksiya keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar Respublika meydanından Azadlıq meydanına doğru yürüş ediblər.

Parlament seçkiləri öncəsi keçirilən son mitinqə müxalifətin bölgələrdən olan tərəfdarları da qoşulub.

Mitinq iştirakçıları qarşısında müxalifət liderləri çıxış edəcəklər. Təşkilatçılar bildiriblər ki, aksiya hakim Gürcü Arzusu Partiyasının rəhbəri Bidzina İvanişviliyə xəbərdarlıq məqsədi daşıyır.

Aksiyada tibbi maskadan istifadə və sosial məsafə qaydalarına əməl edilir.

Cebhe.info


Oxunma sayı: 1321

Bizim Telegram səhifəmizi izləyin