Güneyli məhbusların etirazı nəticə verdi

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Rza Vasiqinin yeri dəyişdirilib.
Bu barədə məlumat Cebhe.info-ya GAMOH-dan daxil olub.
Məlumatda bildirilir ki, Rza Vasqii noyabrın 23-də yerinin dəyişdirilməsi tələbi ilə Ərdəbil həbsxanasının rəisi Sərbaz Codaya müraciət etmişdi. Bu etiraz məktubundan sonra o, 5-ci palatadan qardaşı Əli Vasiqinin saxlanıldığı 2-ci palata köçürülüb.
Qeyd edək ki, bir müddət öncə Rza Vasiqi narkotik maddə aludəçilərinin saxlanıldığı kameraya, Əli Vasiqi oğurluq ittihamı ilə həbs edilənlərin saxlanıldığı şöbəyə salınmışdı.
Əli Vasiqi noyabrın 8-də, Rza Vasiqi isə ayın 5-də iki illik cəzalarını çəkmək üçün Ərdəbil Mərkəzi Həbsxanasına göndərilib.
Aydın
Cebhe.info
Oxunma sayı: 1024
Bizim Telegram səhifəmizi izləyin