hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Geryenin yenidən "Qarabağ"a keçməsinin səbəbi bəlli oldu

Geryenin yenidən "Qarabağ"a keçməsinin səbəbi bəlli oldu

“Qarabağ”ın yenidən transfer etdiyi Donald Gerye “Neftçi”dən ayrıldıqdan sonra Polşada çıxış etmək niyyətində olub.

Unikal.org “Transfery.info” saytına istinadən xəbər verir ki, haitili futbolçu, Polşanın “Legiya” (Varşava) və “Visla” (Krakov) klublarında oynamaq niyyətində olub. Lakin hər iki klub Geyreyə maraq göstərmədiyi üçün o, yenidən Ağdam təmsilçisinə qayıdıb və bir illik müqavilə bağlayıb.

Gerye əvvəllər də Polşada çıxşı edib. 2013-2016-cı illərdə “Visla”nın formasını geyinən 31 yaşlı futbolçu, 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Gerye 2019-cu ilin yayında “Neftçi” keçib və mayın sonunda paytaxt klubundan ayrılıb.

Cebhe.info


Oxunma sayı: 859