hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Gəlincikdəki qalmaqallı malikanə Putinin əlindən alınır

Gəlincikdəki qalmaqallı malikanə Putinin əlindən alınır

Putinin Qara dəniz sahilindəki Gəlincikdə yerləşən malikanəsinin milliləşdirilməsi və ağır xəstə uşaqlar üçün reabilitasiya mərkəzinə çevirilməsinə dair petisiya başladılıb.

Cebhe.info xəbər verir ki, Aleksey Navalnının komandasının hazırladığı və qısa müddətdə 91 milyon baxış toplayan sənədli filmdə adıçəkilən malikanənin milliləşdirilməsi barədə petisiya change.org saytında yerləşdirilib.

Təşəbbüsün müəllifi ictimai xadim Aksin Quryanovdur. O, "Hüquq mərkəzi"nin rəhbəri kimi fəaliyyət göstərir.

Petisiyada bildirilir ki, ictimai rəydə böyük qalmaqala səbəb olan malikanənin əsl sahibi müəyyən edilməli, tikintisi üçün maliyyə mənbələri aydınlaşdırılmalı, tikintiyə ayrılacaq torpaq sahəsi ilə bağlı müəmmaya aydınlıq gətirilməlidir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 826