hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Fürsətdən istifadə: Çinin dolan anbarları və boşalan büdcələr

Fürsətdən istifadə: Çinin dolan anbarları və boşalan büdcələr

Pandemiyanın təsirləri nəticəsində neft tarixdə ən aşağı qiymət dövrünü yaşadı.

Dünyanın ikinci ən çox neft istehlak edən ölkəsi olan Çin bu ucuzluq dönəmindən məharətlə istifadə edib. Təxminlərə görə, Çin, qiymətlərin daha çox düşdüyü mart və aprel aylarında 73 milyon barel xam neft alıb və indi bunu gəmilərdə gözlədir.

Zamanı gəlincə, mövcud xam neft rezervini bazara çıxarmağı planlayan Çinin alıdığı “qara qızıl” ehtiyatı dünyadakı gündəlik tələbin dörddə üçünə bərabərdir.

Neft məsələləri üzrə ekspert İlham Şaban Cebhe.info-ya açıqlamasında deyib ki, mövcud vəziyyətlə bərabər Çinin də neft bazarlarına xam neft ehtiyatları ilə təsiri qiymətləri daha da azalda bilər:

“Bununla bağlı Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubu çərçivəsində keçirilən videokonfransda Azərbaycan və Rusiyanın Energetika nazirləri bu məsələyə toxundular. Rusiyanın Energetika naziri Aleksandr Novak neft qiymətlərində aprel-may ayları ilə müqayisədə kifayət qədər artım nümayiş olunub. Yalnız bircə ay ərzində 30 faiz bahalaşıb 40 dollar ətrafında qərarlaşdı. Ancaq bundan sonra bazarın neft qiymətini pandemiyadan əvvəlki səviyyəyə qaytara biləcəyi dəqiq deyil. Rusiya Energetika nazirinin açıqlamasına görə, bu ən yaxşı halda 2021-ci ilin sonunda baş verə bilər.

Ona görə 2021-ci ilin sonuna ola biləcəyini deyir ki, koronavirusun ikinci dalğası gözlənilir. Bu da neftə olan tələbatın yenə də limitləşdirilməsinə gətirib çıxaracaq. Bundan əlavə Aleksandr Novak onu da qeyd edir ki, hazırda distansion rejimdə fəaliyyət göstərmək hazırda müvəqqəti hal kimi hesab olunur. Lakin bu vəziyyət milyonlarla işçilərin əbədi iş rejiminə çevriləcək. Bu isə elektrik enerjisinin daha az istifadəsinə gətirib çıxaracaq. Elektrik enerjisindən az istifadə qaza tələbatı azaldacaq. Yəni enerjiyə olan tələbat daha da azaldığı üçün bazarların əvvəlki vəziyyətinə qayıtması daha uzun müddətə başa gələcək.

Ona görə də 2021-ci ilin sonu üçün neft qiymətlərinin əvvəlki vəziyyətə qalxacağı bildirilir. Üstəlik OPEK üzvlərinin avqustun 1-dən istehsal həcmlərini artıracağı bildirilir. Bu da qiymətlərə təsirsiz ötüşə bilməz. Yalnız elə Azərbaycanın özündə enerjiyə tələbat azalıb. Təyyarə reysləri də təxirə salınıb. Bunun da üzərinə Çinin bazara neftlə müdaxiləsini gəlsək, neft qiymətləri daha da azalacaq. Yəni bazarda yeni qiymət nizamı formalaşacaq. Ona görə biz deyirik ki, mövcud vəziyyət neftin qiymətini əngəlləyən banerlərdən biridir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3367