hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Erməni katalikosu: "Ermənistan heç vaxt belə ağır duruma düşməyib"

Erməni katalikosu: "Ermənistan heç vaxt belə ağır duruma düşməyib"

“Erməni dövlətçiliyini itirmək təhlükəsi həmişə var”.

“Aysor” xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin yanvarın 28-də hərbi qəbiristanlıqda jurnalistlərlə söhbətində bildirib.

Ermənistan dövləti və dövlətçiliyinin itirilməsi təhlükəsinin olub-olmaması barədə sualı cavablandıran baş keşiş deyib: “Allah eləməsin, ancaq təhlükə həmişə var”.

Qaregin II deyib ki, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib: “Belə yerdə siyasi mövzuya toxunmaq istəməzdim. Ancaq sual verildiyinə görə bizim məsələyə yanaşmamızda dəyişiklik yoxdur”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum siyasi quruluşlardan üstün təşkilatdır: “Ümumerməni kilsəsinin baxışları siyasi qüvvələrdən birinin mövqeyi ilə üst-üstə düşürsə, bu, bizim tərəflərdən birini müdafiə etməmiz demək deyil”.

Qaregin II qəbiristanlığa Ermənistan rəhbərliyindən ayrıca gəlməsinin səbəbinə aydınlıq gətirərək deyib: “Hakimiyyət məni bugünkü planı ilə bağlı məlumatlandırmayıb”/Report.

Cebhe.info


Oxunma sayı: 958